Əgər Finlandiya və İsveçə NATO kontingenti yerləşdirilsə, Rusiya buna cavab verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasının əleyhinə deyil, çünki Rusiya Federasiyasının bu ölkələrlə Ukrayna ilə olduğu kimi problemləri yoxdur. Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmasından narahat deyil, lakin alyansın hərbi infrastrukturunun bu ölkələrdə yerləşdirilməsinə qarşılıqlı cavab verəcək.
"Bizi Finlandiya və İsveçin NATO-ya üzvlüyü nöqteyi-nəzərindən narahat edə biləcək heç bir şey yoxdur. Əgər onlar istəyirlərsə (NATO-ya üzv olmaq istəyirlərsə-red), buyursunlar. Ancaq aydın və dəqiq başa düşməlidirlər; - əvvəllər onlara qarşı heç bir təhlükə olmayıb və indi orada hərbi kontingentlər və infrastruktur yerləşdirilsə, buna əks şəkildə cavab verməli və bizə təhlükələrin yarandığı ərazilər üçün də eyni təhlükələri yaratmalı olacağıq”, - dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Rusiya lideri qeyd edib ki, NATO “soyuq müharibə”nin izidir.