Bayden növbəti dəfə ABŞ-ın Türkiyəyə F-16 qırıcılarını satmasını dəstəkləyib

A- A A+

ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir. Sazişin tezliklə Konqres tərəfindən təsdiqlənəcəyi gözlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

"Xatırladığınız kimi, hələ dekabr ayında mən Türkiyəyə F-16 təyyarələrini satmalı və modernləşdirməli olduğumuzu söylədim. Belə bir istəyi dəstəkləmək bizim maraqlarımıza uyğundur", - Bayden deyib.

ABŞ rəhbərinin sözlərinə görə, qırıcıların satışında qarşılıqlı üstünlüklər yoxdur. Oktyabr ayında Türkiyə Vaşinqtondan mövcud döyüş təyyarələrini təkmilləşdirmək üçün 40 ədəd “Lockheed Martin” F-16 qırıcı təyyarəsi və 80-ə yaxın dəst satmağı xahiş edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: