Türkiyədə torpaq sürüşməsi olub, ölən və yaralananlar var - VİDEO

A- A A+

Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.

NUHÇIXAN İnformasiya Agentliyi İHA-ya istinadən xəbər verir ki, Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.

Yoldan keçən TIR-lara ciddi ziyan dəyib. Ən azı 1 nəfərin öldüyü, yaralananların olduğu bildirilir.

Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı (Sarp sərhəd-keçib məntəqəsinə gedən yol) ikitərəfli bağlanıb.

Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: