Yerə “potensial təhlükəli” asteroid yaxınlaşır

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) 2022 JE1 asteroidinin iyulun 3-də Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Daily Star” qəzetinə istinadla xəbər verir ki, NASA kosmik cismi Yer kürəsi üçün “potensial təhlükəli” adlandırıb.

Diametri 50-155 metr arasında dəyişən asteroid iyulun 3-də Yer kürəsinə 3,29 milyon kilometrə qədər yaxınlaşacaq ki, bu da Aya olan məsafədən 9 dəfə çoxdur. Onun Yerə növbəti gözlənilən yaxınlaşması beş il sonra, 2027-ci il iyulun 14-də baş tutacaq.

Qeyd edək ki, NASA kosmik cismi Yer kürəsinə 7,48 milyon kilometrdən az məsafəyədək yaxınlaşdığı üçün “potensial təhlükəli” asteroid hesab edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: