“Bundan sonra hər cür zəfərə hazırıq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bunu Azərbaycanda, Qarabağda göstərdik. Dünən başa çatan NATO sammitində hər kəsin dediyi kimi, Türkiyə terrorla mübarizə haqqı verilməli olan ölkədir. Terrorla mübarizəni sonadək davam etdirəcəyik”, - dövlət başçısı söyləyib.
Onun sözlərinə görə, NATO-nun Madrid sammiti zamanı Türkiyənin müttəfiqləri ilə regional və qlobal məsələləri müzakirə edib: “Alyans hələ də dünyanın ən vacib təhlükəsizlik təşkilatıdır. Türkiyə daim NATO üçün önəmli olub. Amma bəzi dövlətlərin Türkiyənin terrorla mübarizəsinə lazımi qədər dəstək vermədiyi açıqdır. Üzvlük üçün müraciət edən ölkələr şərtlərimizi qəbul etməlidir. İsveç və Finlandiya hələ NATO-ya üzv olmayıb. Sadəcə dəvət edilib. Riyakarlıq olarsa, əvvəlki ritorikamızı ortaya qoyacağıq”.