Quraqlıq Yer kürəsinin dörddəbir hissəsi üçün yeni normaya çevrilə bilər

A- A A+

İyunun ortalarında İspaniyanın demək olar ki, bütün ərazisində müşahidə olunmuş ekstremal isti hava dalğası bu il yayda havaların daha isti və quraqlıq keçəcəyi barədə xəbərdarlıq oldu.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İspaniya Dövlət Meteorologiya Agentliyi yeni tədqiqata istinadla bəyanat dərc edib. Bəyanatda göstərilir ki, quraqlıq həmişəlik davam edə bilər. Yaxın gələcəkdə gözlənilən hava şəraitini nəzərə alaraq demək olar ki, ekstremal quraqlıq tez-tez baş verəcək və yeni normaya çevriləcək. Bu məqsədlə istixana qazları tullantılarının azaldılmasına yönəlmiş səylər dünyanın əksər regionlarında ekstremal quraqlıq ehtimalını “az ehtimallı” səviyyəyə endirə bilər.

Bu əsrin ortalarında Yer kürəsinin quru ərazisinin 25 faizdən çox hissəsində tez-tez quraqlıqlar baş verəcəyi gözlənilir. İstixana qazları tullantıları ən yüksək səviyyədə olacağı təqdirdə bu göstərici 28 faizə qədər arta bilər. Beləliklə, hətta tullantıların məhdudlaşdırılmasına dair ən ciddi protokolları tətbiq ediləcəyi halda XXI əsrdə dünyanın tədqiq edilmiş 59 bölgəsindən 11-də ekstremal quraqlıq 5 il və daha çox davam edə bilər. Tullantıların miqdarı daha çox olacağı halda, bu proqnoz 18 regiona tətbiq ediləcək. Tullantılar nə qədər az olsa, müvafiq regionlarda quraqlıq bir o qədər gec başlayacaq.

Alimlər xəbərdarlıq edirlər ki, dünya ölkələrinin hökumətləri iqlim dəyişmələrinin doğura biləcəyi mənfi təsiri lazımınca qiymətləndirmirlər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, quraqlıq aclığa və kütləvi miqrasiyaya, təbii ehtiyatların deqradasiyasına və iqtisadiyyatın zəifləməsinə səbəb ola bilər. Bundan əlavə, quraqlıq 1,3 milyard nəfərin (bu, əsas gəlir mənbəyi kənd təsərrüfatı olan dünya əhalisinin 40 faizi deməkdir) dolanışıq vasitəsinə təhlükədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: