Məşhur kriptovalyutaların məzənnəsinin aşağı düşməsi istifadə olunmuş ekran kartlarının qiymətinin ucuzlaşmasına təsir edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məqaləsində deyilir.
Agentliyin jurnalistləri qeyd edirlər ki, kriptovalyutaların qiymətinin düşməsi ilə maynerlər bahalı kompüter avadanlıqlarına daha az ehtiyac görməyə başlayıblar. İşlənmiş ekran kartlarının üçdə birindən çoxunun təkrar bazarda satıla biləcəyi təxmin edilir.
Müəlliflər "Nvidia"nın bəzi məşhur ekran kartlarının qiymətinin 50 faizdən çox ucuzlaşdığını qeyd ediblər. "İnsanlar kriptovalyuta bazarı ilə bağlı avadanlıqları daha az alacaqlar", - deyə "Robert W. Baird & Co"nun analitiki Tristan Gerra bildirib.
Beləliklə, məlum olub ki, aprel ayında "eBay"də 2000 dollara satılan RTX 3090 Ti hazırda 1650 dollardır. Əvvəllər 1000 dollara satılan 10 GB yaddaşa malik RTX 3080 hazırda 770 dollara satılır.
"Kriptovalyutaya tələbin azalması ilə spekulyantlar da bazarı tərk edirlər", - deyə tədqiqatçı Con Peddi bildirib.