Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

A- A A+

“Son sutka ərzində Rusiya ordusu Ukraynaya qarşı müharibədə daha 100 əsgər və 1 helikopter itirib. Ümumilikdə, 35 970-ə yaxın işğalçı artıq məhv edilib”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Rusiya ordusu ən çox Kramatorsk və Baxmut istiqamətlərində itkilər verib.

Xatırladaq ki, daha əvvəl Melitopolun meri İvan Fedorov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri 30 raket zərbəsi nəticəsində Rusiyanın şəhərdəki dörd hərbi bazasından birini məhv edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: