Finlandiyada Cənubi Kareliya əyalətinin Lappenranta şəhərində NATO bazasını tikmək təklifi edilib. Şəhər Rusiya ilə sərhəddən yarım saatlıq məsafədə yerləşir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə yerli “Yle” portalı xəbər yayıb.
Lappenranta şəhərinin meri Kimmo Yarva ümid etdiyini bildirib ki, dövlət Alyansa qoşulduqdan sonra bu şəhərdə NATO bazası yerləşdirilə bilər. Bu fikir Finlandiyanın hərbi-siyasi bloka qoşulması ilə bağlı söhbətlər yenidən canlananda yaranıb.
Alyans kontingentinin Lappenrantada yerləşdirilməsi məsələsi ölkənin müdafiə qüvvələri tərəfindən müzakirə olunmayıb. Bazanın tikintisi ilə bağlı siyasi müzakirələr də aparılmayıb, lakin mer ümid edir ki, Finlandiya NATO-ya daxil olduqdan sonra Cənubi Kareliyanın müdafiəsinə aktiv investisiyalar başlayacaq.