Gürcüstan buğda və arpa ixracına birillik qadağa qoyub

A- A A+

Bu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq.

Qərar Ukraynadakı müharibəyə görə ərzaq təhlükəsizliyi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.

Qeyd edək ki, Gürcüstan hər il təxminən 130 min ton buğda istehsal edir ki, bu da ölkə üzrə ümumi istehlakın yalnız beşdə bir hissəsidir. Arpaya gəlincə, builki mövsümdə qonşu ölkədə 60 min ton məhsulun yığılacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: