İsrail aviakompaniyaları 15 illik fasilədən sonra Türkiyəyə müntəzəm uçuşları bərpa edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mediasına istinadla xəbər verir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində mülki aviasiya sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.
"Cumhuriyet" qəzetinin məlumatına görə, bu məsələ üzrə danışıqlar bazar ertəsi günü baş tutacaq. Tərəflər arasında keçiriləcək görüşdə İsraildən birbaşa uçuşların bərpası, onların tezliyinin artırılması və təhlükəsizlik məsələlərinin nizamlanması müzakirə olunacaq.
Qəzet qeyd edir ki, İsrail aviadaşıyıcıları 2007-ci ildən Türkiyəyə uçuşları dayandırıb. Bununla belə, türk aviakompaniyaları İsrailə müntəzəm reysləri yerinə yetirir.