Rusiya ilə Ukrayna arasında müharibənin gələn il sona çatacağını düşünürəm.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri “RBK-Ukrayna” agentliyinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov söyləyib.
Onun sözlərinə görə, bu ilin sonuna aktiv hərbi əməliyyatlar kifayət qədər azalacaq. Amma bu hələ son olmayacaq.
“Avqust ayında bütün dünya Ukraynanın ilk qələbələrini görəcək. Gələn ilin sonuna isə Ukrayna ordusu 1991-ci ildəki olan sərhədlərinə çıxmağı bacaracaq”, - deyə Kiril Budanov əlavə edib.