Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Həcc ziyarətində zəvvarların təhlükəsizliyinin qorunmasına hazırlığı nümayiş etdirmək məqsədilə Məkkə şəhərinin meydanında parad keçiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, parada xilasetmə dəstələri, helikopterlər, təcili tibbi yardım briqadaları və hərbçilər cəlb olunublar. Əvvəlcə təhlükəsizlik qüvvələri potensial terrorçularla mübarizə və zəvvarların xilas edilməsi əməliyyatlarını nümayiş etdirib. Sonra hərbçilərin tribuna önündən keçidi olub.
İyulun 7-dən 12-dək keçiriləcək Həcc ziyarətində bir milyon əcnəbi zəvvar iştirak edəcək. Onların təhlükəsizliyinin təmin edilməsi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin nəzarətindədir.