Türkiyənin Antalya şəhərinin Serik rayonunda meşədə yanğın başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Cümhuriyyət.tr”yə istinadən xəbər verir ki, əraziyə helikopterlər cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Yanğının səbəbi hələlik məlum deyil.