Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq və daxili işlər naziri Qerhard Karner Türkiyəyə səfər ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ankarada görüşlərdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu avstriyalı həmkarları ilə birlikdə dördtərəfli ortaq mətbuat konfransı keçiriblər.
Diqqətə çatdırılıb ki, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına xidmət edən bu səfərin belə formatda keçirilməsi çox faydalıdır.
Nazirlər diqqətə çatdırıblar ki, görüşlərdə insan alverinə qarşı beynəlxalq mübarizə yolları, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, terrorizmə qarşı birgə mücadilə və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Sonra nazirlər jurnalistləri maraqlandıran sualları cavablandırıblar.