Türkiyənin cənub-şərqində "Eren Abluka" əməliyyatının növbəti mərhələsi çərçivəsində PKK-nın iki terrorçusu zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Antiterror əməliyyatının növbəti - 17-ci mərhələsi Şirnak vilayətinin Beytyuşşebap rayonu yaxınlığında həyata keçirilib.
Əməliyyata xüsusi təyinatlı qruplar cəlb edilib, PUA-lardan istifadə edilib.
Təhlükəsizlik qüvvələri silahlılardan iki ədəd M-16 tüfəngi və sursat götürüb. Bölgədə əməliyyatlar davam edir.