Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa veriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-ci ildən maliyyə naziri olan Sunak bildirib ki, xalq haqlı olaraq hökumətdən düzgün, bacarıqlı və ciddi davranışlar gözləyir.
2021-ci ildən nazir postunda çalışan Səcid Cavid isə öz tviter hesabında açıqlama verərək istefa ərizəsini təqdim etmək üçün Baş nazirlə görüşdüyünü vurğulayıb.
Nazirlərin istefasının Mühafizəkarlar Partiyasının Parlamentdəki qrup meneceri Kris Pinçer haqqında çıxan xəbərlə bağlı olduğu düşünülür.