"Kanada İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasını ratifikasiya edən ilk NATO üzvü olub".
NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
“Bu gün Kanada Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı protokolları ratifikasiya edən ilk ölkə oldu. Bu, hər iki ölkəni tamhüquqlu üzvlüyə yaxınlaşdırır”, - o bildirib.
Onun sözlərinə görə, Ottava Skandinaviya ölkələrinin alyansa qoşulmasını qətiyyətlə dəstəkləyir.