Türkiyənin yeni kəşfiyyat-qazma gəmisi “Əbdülhəmid Han” avqust ayının ilk yarısında fəaliyyətə başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ku, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz açıqlama verib.
Gəminin ilk fəaliyyət istiqaməti olaraq beş alternativ bölgə ətrafında müzakirələrin aparıldığını deyən nazir bu ərazinin böyük ehtimalla Aralıq dənizi ola biləcəyini bildirib.
Qeyd edək ki, ən son texnologiyalarla təchiz olunan və ikiqat təhlükəsizlik sistemi ilə qorunan “Əbdülhəmid Han” gəmisinin uzunluğu 238, eni isə 42 metrdir. Gəmi 12 200 metrə qədər dərinlikdə qazma qabiliyyəti ilə Türkiyənin su sahəsində effektiv tədqiqatların aparılmasında mühüm rol oynayacaq.
Gəminin göyərtəsində 200 nəfərə yaxın heyət üzvünün yerləşdirilməsinə imkan var.