“Brüssel hava yolları” aviaşirkəti bu yayda aeroportlara və işçilərə düşən gərginliyi azaltmaq məqsədilə daha 527 reysin ləğv olunacağını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bundan əvvəl 148 reysin ləğv olunacağı elan edilmişdi. Beləliklə, bu yay mövsümündə ümumilikdə 675 reysin ləğv edilməsi müvafiq maliyyə nəticələri doğuracaq və bunun əsas səbəblərindən biri budur ki, yay məzuniyyətləri dövrü aviasiya üçün ənənəvi gərgin vaxtdır. Aviaşirkətdən bildiriblər ki, bu, məcburi tədbiri o qədər də həvəslə tətbiq etmirlər, çünki pulu yayda qazanmaq lazımdır, pul olmasa biznesin gələcəyi yoxdur.
Aviaşirkətin rəhbərliyi bildirib ki, əməkdaşların narazı olması başa düşüləndir və indi onların problemləri həll edilir. Aviaşirkətdə deyiblər: “Biz müstəsna vəziyyətə düşmüşük. Son iki ildə bizim sahədə ixtisarlar gedib və cəmi iki ay ərzində biz tam gərginlik vəziyyətinə qayıtmışıq. Bu, təkcə bizim aviaşirkət üçün deyil, bütün aviasiya sektoru üçün mürəkkəb və çətin məsələdir”.
Bir neçə həftə bundan əvvəl aviaşirkət öz əməkdaşlarının gərginliyini azaltmaq niyyəti ilə yay cədvəlində 148 reysi ləğv edib. Bu, reyslərin ümumi sayının təqribən 1 faizi deməkdir. Həmkarlar ittifaqları bununla razılaşmayaraq əlavə reyslərin qrafikdən çıxarılmasını tələb ediblər. İndi “Brüssel hava yolları” şirkətinin rəhbərliyi bu tələblə razılaşıb və iyul-avqust aylarında daha 527 reysi ləğv etməyə hazır olduğunu bildirib.
Ənənəvi olaraq yay mövsümü aviasiya üçün ən gərgin dövrdür. Nisbətən sakit payız və yay aylarını kompensasiya edən gəlirlərin əsas hissəsi məhz yay aylarında daxil olur. Burada yaranmış vəziyyəti sahilyanı regionlarda mehmanxana sənayesində yaranmış vəziyyətə bənzətmək olar: həmin regionlarda yayda adamlar çox, payızda və qışda isə qat-qat az olur.