Ukraynadan taxıl ixracının təşkili ilə bağlı danışıqlar davam edir, indiki şəraitdə gübrə istehsalı son dərəcə vacibdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
"Danışıqlar davam edir ... Və təbii ki, gübrə məlum səbəblərə görə həyati əhəmiyyət kəsb edir", - deyə S.Cüjarrik bildirib.
Onun sözlərinə görə, taxıl təchizatı problemləri təkcə ərzaq təhlükəsizliyinə deyil, həm də heyvandarlıq sektoruna təsir göstərir.