Böyük Britaniya hökumətinin başçısı Boris Conson istefa ərizəsi yazır və yaxın saatlarda xalq qarşısında çıxış edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BBC yayım korporasiyası, ITV, Sky News telekanalları və The Times qəzeti baş nazirə yaxın dairələrə istinadla məlumat yayıb.
Sky News telekanalının xəbərinə görə, Baş nazirin dəftərxanası Boris Consonun gün ərzində britaniyalılara müraciətlə çıxış edəcəyini təsdiqləyib.
Xatırladaq ki, dünən Conson kabinetinin bir qrup üzvü ona müraciət edərək yenidən etimadsızlıq votumunu gözləmədən könüllü istefa verməyə çağırmışdı. Baş nazir isə buna rədd cavabı vermişdi.
Bu gün səhər Britaniya hökumətində yeni istefalar baş verib və son iki sutkada Baş nazirin komandasını tərk edən siyasətçilərin sayı 60-a yaxınlaşıb.