Boris Conson Böyük Britaniyanın Baş naziri və Mühafizəkar partiyanın lideri vəzifələrini tərk etmək qərarına gəldiyini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Böyük Britaniya mediasına istinadla xəbər verir ki, Boris Conson yeni seçkilər keçirilənə qədər Böyük Britaniya hökumətinə və Mühafizəkar partiyaya rəhbərlik etmək niyyətində olduğunu bildirib. O, həmçinin partiyanın və hökumətin gələcək liderini maksimum dəstəkləyəcəyini vəd edib.
Siyasətçi eyni zamanda istefasından sonra Birləşmiş Krallıq hökumətinin Ukraynaya lazımınca yardım göstərəcəyini deyib.