G20 (Böyük İyirmilik) ölkələrinin xarici işlər nazirlərinin İndoneziyanın Bali adasında keçiriləcək görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir araya gəliblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, nazir Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə də telefon danışığı aparıb.
Qara dənizdə taxıl ixracatı hər iki müzakirənin əsas mövzularından olub.