İsraillə Türkiyə arasında 1951-ci ildən bəri ilk dəfə olaraq yeni ikitərəfli aviasiya sazişi imzalanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilir ki, İsrailin nəqliyyat naziri imzalanan müqaviləni tarixi saziş adlandırıb.
Xatırladaq ki, 2022-ci ilin cari dövründə Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində çox mühüm addımlar atılıb. 2007-ci ildən Türkiyəyə uçuşları dayandıran İsrail aviadaşıyıcılarının aviasiya əlaqələrinə qoşulması mühüm hadisə kimi xarakterizə edilir. Tərəflər münasibətlərin normallaşmasının bölgə üçün böyük əhəmiyyət daşıyacağını ifadə edirlər.