Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub

A- A A+

Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib.

NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb:

“Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: