“Keçmiş Baş nazir Sindzo Abenin vəziyyəti kritikdir, həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Yaponiya Baş naziri Kişida Fumio deyib.
“Mən ümid edirəm və dua edirəm ki, o, sağ qalacaq. Biz motivləri və detalları bilmirik, polisin araşdırmasını gözləməliyik. Qətiyyətlə vurğulayıram ki, belə barbar hücumlara dözüm göstərmək olmaz, biz hökumət olaraq əlimizdən gələni edəcəyik”, - Baş nazir vurğulayıb.
Kişida qeyd edib ki, bu sui-qəsdin siyasi təsirləri barədə danışmaq tezdir və bu məsələ hökumət kabinetinin iclasında müzakirə olunacaq: “Təbii ki, hökumət istənilən ssenarini gözləyir və bu ssenarilərə hazır olacaq. Hökumət kabinetinin üzvlərinə göstəriş verilib ki, toplantı üçün Tokioya toplaşsınlar. Biz reallıqları nəzərə almalı, vacib adekvat cavablar verməliyik”.