Dünyanın əsas taxıl istehsalçılarından olan Hindistan un ixracına məhdudiyyət tətbiq edir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Xarici Ticarət Direktorluğu məlumat yayıb.
Qurum bildirir ki, Ukrayna münaqişəsi dünyada taxılın ciddi şəkildə bahalaşmasına səbəb olub. Bu səbəbdən daxili bazarın qorunması zəruridir. Bundan sonra bütün taxıl ixracatçıları ixrac etdikləri una görə hökumətdən ilkin razılıq almalıdır.