Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən “G-20”liyin toplantısını yarımçıq tərk edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 8-də DPA agentliyinə müsahibəsində bildirib.
Məlumata görə, S.Lavrov rəsmi naharda iştirak etməyəcək, habelə günün ikinci yarısında “G-20”liyin iclasına qatılmayacaq.
Bildirilib ki, S.Lavrov çıxışdan sonra iclas zalını tərk edib. O, Almaniyanın xarici işlər naziri Annalena Berbokun çıxşını gözləməyib. Almaniyalı nazir Rusiyanı Ukraynada apardığı müharibəyə görə sərt mühakimə edəcəkmiş.
Qeyd edək ki, “G-20”liyə üzv dövlətlərin xarici işlər nazirləri rusiyalı həmkarları ilə birgə şam yeməyindən və ailə fotosu çəkdirməkdən imtina ediblər.
Xatırladaq ki, iyulun 7-də qrupun xarici işlər nazirlərinin görüşü başlayıb.