ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Agentliyinin (NASA) OSIRIS-REx kosmik zondu “Bennu” asteroidindən 250 qram torpaq nümunəsi götürüb. Kosmik aparat 2018-ci ilin dekabrında “Bennu” asteroidinə çatıb və 2020-ci ildə enmədən öncə oranı tədqiq edib.
NUHÇIXAN İnformasiya Agentliyi Kyodo News agentliyinə istinadla xəbər verir ki, toplanan materiallar 2023-cü ilin sentyabrında Yerə çatdırılmalıdır. NASA həmin nümunələrin bir hissəsini 2020-ci ilin dekabrında Yerə qayıdan “Hayabusa2” zondunun “Ryuqu” asteroidindən əldə etdiyi materialı onlarla bölüşən Yaponiyanın Kosmik Agentliyinə verməyi planlaşdırır.
Qeyd edək ki, asteroidlərin təxminən 4,6 milyard il bundan öncə Günəş sisteminin formalaşmasından sonra qalan qalıqlar olduğu güman edilir. Onların öyrənilməsi Günəş sisteminin formalaşması haqqında yeni bilgilər verə bilər.