Tviter şirkəti "Tesla" və "Spacex" şirkətlərinin sahibi amerikalı biznesmen İlon Maskı məhkəməyə verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bunu şirkətin direktorlar şurasının sədri Bret Teylor deyib.
Onun sözlərinə görə, şirkət məhkəmə vasitəsilə Tviterin İlon Mask tərəfindən alınması üzrə müqavilənin şərtlərinin icrasına nail olmaq niyyətindədir.