Alimlər İspaniyada yerləşən Syerra-de-Atapuerka dağlarında ən qədim avropalının üzünün bir parçasını aşkarlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Fundacion Atapuerca” məlumat yayıb.
“Üzünün bir parçası aşkar edilmiş insanın təxminən 1,4 milyon yaşı var”, - məlumatda deyilir.
Sümüyün çənə nahiyəsinə aid olduğu güman edilir. Alimlər sümüyün Avropada məskunlaşmış ilk insan qruplarından birinin üzvünə aid olduğunu güman edirlər.