ABŞ Ukraynadakı insanlara və qaçqınlara dəstək məqsədilə Ukraynaya əlavə olaraq 368 milyon dollar humanitar yardım verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.
“Bizim Ukrayna xalqı qarşısında öhdəliyimiz qətidir. Birləşmiş Ştatlar Ukraynadakı insanlara və Rusiyanın amansız müharibəsi zamanı təhlükəsizlik üçün ölkələrini tərk etmək məcburiyyətində qalan qaçqınlara dəstək olmaq üçün əlavə humanitar yardım şəklində təxminən 368 milyon dollar ayırır”, - o yazıb.