Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin bir sıra səfirlərini vəzifəsindən geri çağırıb. Onların arasında Almaniyadakı diplomatik missiyanın rəhbəri Andrey Melnik də var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin saytı məlumat yayıb.
Dövlət başçısı Almaniyadan başqa Ukraynanın Macarıstan, Norveç, Çexiya, Hindistandakı səfirlərini də vəzifəsindən azad edib.
Qeyd edək ki, Andrey Melnik Ukrayna səfiri kimi bir neçə qalmaqallı ifadələri ilə yadda qalıb. O, Almaniya kansleri Olaf Şolsu Ukraynaya getmək istəmədiyi üçün "incimiş qaraciyər kolbasasına" bənzədib. Bu açıqlamadan sonra iki ölkə arasında diplomatik qalmaqal yaranmışdı.