Aralıq dənizində güclü külək “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindəki “F-18 Super Hornet” qırıcısını dənizə salıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İyulun 8-də “F-18” qırıcısı Aralıq dənizində gözlənilmədən kəskin hava şəraiti səbəbindən göyərtədən dənizə düşüb”, - Hərbi Dəniz Qüvvələri bildirib.
Məlumata görə, insident nəticəsində 1 hərbçi yaralanıb, aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarə tapşırıqlara hazırlıq vəziyyətindədir. Qurumdan bildirilib ki, hadisənin səbəbi aydınlaşdırılır.