İyulun 11-də səhər saatlarında Gürcüstanda ardıcıl 3 dəfə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, birinci yeraltı təkanlar səhər saat 7:36-da Dmanisi bələdiyyəsinin Sameba kəndi yaxınlığında 4,8 bal gücündə olub.
Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, saat 09:10-da Gürcüstan-Ermənistan sərhədi yaxınlığında 4,5 bal gücündə zəlzələ qeydə alınıb. İkinci zəlzələ hadisəsi isə bundan 18 dəqiqə sonra baş verib. Üçüncü dəfə zəlzələnin episentri 3,1 bal gücündə qeydə alınıb.
Birinci və ikinci zəlzələnin təsiri paytaxt Tbilisidə də hiss olunub.