Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya KİV-ə istinadən xəbər verir ki, agentliyin məlumatında rejimin iyulun 18-dək uzadıldığı qeyd olunub.
Belə ki, təyyarələr Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçmayacaq. Aviaşirkətlərə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etmək tövsiyə olunur.