İyulun 11-də Gürcüstanda 6 dəfə zəlzələ hadisəsi baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, sonuncu, altıncı zəlzələ hadisəsi saat 10:24 radələrində yenə də Sameba kəndi yaxınlığında qeydə alınıb.
Qeyd edək ki, bu gün ilk zəlzələ səhər saat 07:36-da, 4,8 bal gücündə olub.