İlon Maskın “SpaceX” kompaniyasına məxsus “Falcon 9” raketi növbəti “Starlink” mini-peyk qrupunu orbitə çıxarıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, daşıyıcı raket bazar günü ABŞ Hərbi Hava Qüvvələrinin Vandenberq (Kaliforniya ştatı) meydançasından start götürüb. Yaxın yerətrafı orbitə daha 46 mini-peyk çıxarılıb.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 11 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, internet peyklərinin buraxılışı və istismarı 10 milyard dollara başa gələcək. “Starlink” şəbəkəsi planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan yaradacaq.
2019-cu ilin mayından bəri kompaniya orbitdə 2,5 mindən çox “Starlink” peyki yerləşdirib.