Rusiyanın “Gazprom” şirkəti İtaliyaya göndərilən təbii qaz həcmlərini azaldıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın “Eni” neft-qaz şirkəti “Gazprom” şirkətindən gündəlik təbi qaz tədarükünün son bir neçə günün orta göstəricisi ilə müqayisədə üçdəbir nisbətində azaldığını açıqlayıb.
“Gazprom” şirkətindən son günlərdə alınan gündəlik orta hesabla 32 milyon kubmetr olan qaz həcmi ilə müqayisədə hazırda sutkalıq təqribən 21 milyon kubmetr təbii qaz tədarük ediləcək”, - deyə “Eni” şirkətinin məlumatında deyilir.
Qeyd edək ki, təbii qaz tələbatının təxminən 10 faizini Azərbaycandan təmin edən İtaliya enerji böhranı yaşamamaq üçün təchizat mənbələrini şaxələndirir. Belə ki, İtaliya Əlcəzairdən aldığı qazın həcmini artırıb, Konqo və Anqola kimi ölkələrlə qaz tədarükünə dair danışıqlar aparıb.