Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Suriyadakı vəziyyət, eləcə də Ukrayna ilə Rusiya arasındakı müharibə, Qara dənizdə taxıl ixracı kimi məsələlər müzakirə edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasının vaxtı gəlib.
Ukrayna ilə Rusiya arasında müharibənin müzakirələrlə, davamlı və ədalətli sülhlə sona çatdırılmasının vacibliyini bir daha təkrarlayan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bundan sonra da müzakirə prosesinin yenidən canlandırılmasına hər cür dəstək göstərməyə hazır olduğunu ifadə edib.