Ukraynalı qaçqınların 3 milyonu Avropa İttifaqından Ukraynaya qayıdıb, Aİ ölkələrində 3,7 milyona yaxın qaçqın qalır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə daxili işlər üzrə Avropa komissarı İlva Yohansson Praqada Aİ daxili işlər nazirlərinin qeyri-formal görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Təxminən 6,7 milyon ukraynalı Avropa İttifaqının sərhədlərini keçib, 3 milyona yaxın ukraynalı geri qayıdıb, 3,7 milyon nəfər isə Aİ-də sığınacaq almaq üçün qeydiyyata götürülüb”, - xanım komissar belə deyib.
Onun sözlərinə görə, Ukraynadan Aİ-yə qaçqın axını tam dayanıb, bundan əlavə, qaçqınların bir hissəsinin yeni dərs ili başlayana qədər qayıtması gözlənilir. Əhalinin hər nəfərinə düşən qaçqın sayına görə birinci yerdə Çexiya, ikinci yerdə Polşa, sonrakı yerlərdə isə Estoniya, Bolqarıstan və Latviyadır.
BMT-nin məlumatına əsasən, ukraynalı qaçqınların ümumi sayı üzrə dünya ölkələri sırasında birinci yerdə 1,412 milyon nəfəri qəbul edən Rusiya, ikinci yerdə Polşa (1,195 milyon) dayanır, 867 milyon nəfər Almaniyada, 382,7 milyon nəfər Çexiyada yerləşib.