Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə Rusiya ordusunun 2 gün əvvəl növbəti raket zərbələri nəticəsində ölənlərin sayı artıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, raket zərbələri nəticəsində şəhərdə bütöv bir yaşayış kompleksinin dağılması nəticəsində ölən sakinlərin sayı 30-a çatıb.
Son saatlarda xilasedicilərin dağıntılar arasında apardığı axtarışlar nəticəsində növbəti həlak olan sakinlərin nəşi aşkarlanıb.
Bildirilib ki, dağıntılar arasında axtarışlar davam edir və ölənlərin sayının artacağı istisna deyil.