Avropa İttifaqı ölkələrinin Nazirlər Şurası Ukraynaya bir milyard avroluq yeni kreditin ayrılması ilə bağlı razılığa gəlib
Avropa İttifaqı ölkələrinin Nazirlər Şurası makromaliyyə yardımı paketindən Ukraynaya bir milyard avroluq yeni kreditin ayrılması ilə bağlı razılığa gəlib. Vəsaitlər təcili büdcə ehtiyaclarının ödənilməsinə yönəldiləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis tviter səhifəsində məlumat verib.
Dombrovskis yazıb ki, Aİ Ukraynaya maliyyə dəstəyini gücləndirir.
O vurğulayıb ki, bu, yeni müstəsna makromaliyyə yardımı paketinin yalnız bir hissəsidir.
"Ukraynanın qısamüddətli maliyyələşdirməyə ciddi ehtiyacı var. Aİ kömək etməyə hazırdır", - deyə Dombrovskis əlavə edib.