Şri-Lanka Prezidenti Qotabaya Racapaksa ölkəsini tərk edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Bildirilib ki, o, "An-32" təyyarəsi ilə ailəsi ilə birgə Maldiv adalarına yola düşüb.
Xatırladaq ki, ötən gün Şri-Lanka Prezidenti Qotabaya Racapaksa istefa sənədini imzalayıb.