İyulun 24-də İranın Ali Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Azərbaycana səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi “Mehr” informasiya agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində Ə.Şamxani bir sıra rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri və regional məsələlər müzakirə olunacaq.