Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “gazeteKars” məlumat yayıb.
Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkəti həyata keçirir. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür.
Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır.
Rəsmi qurumlar məsələni şərh etməyib.