Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib - VİDEO

A- A A+

Türkiyənin Muğla vilayətinin Datça rayonunda yerləşən meşəlik ərazidə yanğın baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanğının söndürülməsinə 5 xüsusi təyyarə və 9 helikopter, həmçinin 30-dan çox yanğınsöndürən texnika cəlb edilib.

Hadisə ilə bağlı açıqlama verən Datça rayonunun rəhbəri Mesut Çoban yanğının söndürülməsi işlərinə dərhal başlanıldığını deyib.

Bildirilib ki, buna baxmayaraq, ərazidə əsən güclü külək və ətrafa yayılan qatı duman yanğının söndürülməsində çətinliklər yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: