İstanbulda keçirilən Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətlərinin görüşü başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kalendar qəsrində keçirilən görüşdə Ukrayna limanlarında gözləyən taxıl və qida məmulatları yüklü gəmilərin təhlükəsiz keçidi, eləcə də marşrutunun müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Toplantı təxminən bir saat yarım davam edib.