Koronavirusun yeni ştamlarına yoluxma hallarının artması səbəbindən dünya COVID-19 ilə mübarizənin yoxlanılmış üsullarına qayıtmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu "Sky News" telekanalına müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, insanlar yenidən maskalar taxmalı, hökumətlər isə COVID-19 üzrə kütləvi test təcrübəsinə qayıtmalıdırlar.